Rita.az
HORIZON EUROPE










» » R.İ.T.A.-nın direktoru Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək lahiyələrinə həsr edilmiş görüşlərdə iştirak edib
R.İ.T.A.-nın direktoru Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək lahiyələrinə həsr edilmiş görüşlərdə iştirak edib
R.İ.T.A.-nın direktoru, Rəqəmsal, Sənaye və Kosmos istiqamətində Horizon Europe millli təmsilçisi, e-Commerce işçi qrupunun rəhbəri Tofiq Babayev 24-25 oktyabr 2022-ci il tarixlərində Avropa Komissiyasının təşkil etdiyi və Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək lahiyələrinə həsr edilmiş 2 görüşdə iştirak edib.
24 oktyabrda keçirilən Şərq Tərəfdaşlığı Rəqəmsal Konfransı zamanı Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunun əhəmiyyəti Aİ və Şərq tərəfdaş ölkələrindən yüksək səviyyəli maraqlı tərəfləri bir araya gətirən onlayn müzakirələr vasitəsilə nümayiş etdirilib. Yenilənmiş Şərq Tərəfdaşlığı siyasəti prioritetlərində dayanıqlı rəqəmsal transformasiya dörd əsas sütun deməkdir: Rəqəmsal İnfrastruktur, eGovernance Rəqəmsal İqtisadiyyat və İnnovasiya və Kiber Dayanıqlıq – Kibertəhlükəsizlik. Konfransda çağırışlar və regionda baş verən son hadisələr zamanı yaranan problemlərin həllində rəqəmsalın əhəmiyyəti müzakirə edilib.
25 oktyabr baş tutan Başlanğıc və Rəhbər Komitəsinin iclasında EU4Digital Mərhələ II layihəsinin Aİ-nin EU4Digital Təşəbbüsü və tərəfdaş layihələr vasitəsilə rəqəmsal transformasiyanı necə dəstəkləməsinin xüsusiyyətlərinə həsr olunub. Tədbir flaqman regional EU4Digital Təşəbbüsünün mərkəzi layihəsi olan EU4Digital Facility Phase II-nin (2022-2025) rəsmi açılışına həsr edilib. Tədbir zamanı Layihə komandasının, EU4Digital layihələrinin və EU4Digital ekspert şəbəkələrinin ölkə nümayəndələrinin töhfələri ŞT-də rəqəmsal transformasiyanı dəstəkləmək üçün qarşıda duran hədəflərə kompleks yanaşma baxımından mühüm rol oynayıb. Lahiyə komandası qarşıdakı illərdə (2022-2025) Şərqi tərəfdaşlıq ölkələrində həyata keçiriləcək pilot layihələri barədə ətraflı məlumat verib.dle templates freefilm online
25-10-2022
173
Paylaş:
New Partners
Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) Avropa Komissiyasının NEM Initiative (New European Media Initiative) Texnoloji Platformasının səfiri seçilmişdir.



Calendar
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930