Rita.az
HORIZON 2020




















» » “Ali təhsilin innovasiyada rolu” mövzusunda seminar keçirildi
“Ali təhsilin innovasiyada rolu” mövzusunda seminar keçirildi
30 noyabr 2017-ci il tarixində Dünya bankının dəstəyi ilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzində (İİTKM) "Ali təhsilin innovasiyada rolu” mövzusunda seminar keçirilmişdir.

Seminarda İİTKM-nin icraçı direktoru Dr.Vüsal Qasımlı və Dünya Bankının Missiya rəhbəri İqor Xeyfets açılış nitqi ilə çıxış etdilər..

Dünya Bankının eksperti Dr. İvona Barovik İnnovasiyalarda ali təhsilin rolu üzrə aşağıdakı 3 istiqaməti əhatə edən təqdimatla çıxış etdi:

* Elmi tədqiqatların maliyyələşdirilməsi üzrə qlobal tendensiyaların nəzərdən keçirilməsi;
* Azərbaycanda texnologiyaların ötürülməsi üçün əlverişli mühit üzrə qlobal tendensiyaların nəzərdən keçirilməsi;
* Bacarıqların inkişaf etdirilməsi, sahibkarlığın təşviqi və innovasiya sisteminin idarə edilməsi.

Bundan əlavə AMEA-nın YTP-nın nümayəndəsi Vüsal Süleymanlı "AMEA və Elmi-Tədqiqat institutlarının innovasiyaların tədbiqində rolu” mövzusunda, ADİU-nin nümayəndəsi Anar Rzayev"Ali təhsildə tədqiqat və innovasiyaların təşviqi” mövzusunda və "Barama” İnnovasiya Sahibkarlığ Mərkəzinin nümayəndəsi İmran Bağırov "Azərbaycanda sahibkarlığın təşviqi və innovativ yanaşma” mövzusunda da çıxış etdilər.

R.İ.T.A.-nın direktoru və EU4Digital Azərbaycan E-trade şəbəkəsi üzrə ekspert, Azərbaycanda FET & ICT NCP HORIZON2020 üzrə milli təmsilçi Tofiq Babayev təqdim olunan mövzular ətrafında müzakilərdə iştrak etdi.dle templates freefilm online
30-11-2017
694
Поделиться: