Rita.az
HORIZON EUROPE










» » Avropa Komissiyasının Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin görüşü keçirilib
Avropa Komissiyasının Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin görüşü keçirilib
Avropa Komissiyasının Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev “Horizon 2020” proqramı üzrə fəaliyyət çərçivəsində həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və yaranmış problemlərin müzakirəsi məqsədilə MƏŞŞ (NCP) üzvləri ilə görüş keçirib.
AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva 2018-2020-ci illərdə MƏŞŞ-in fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, 2018-ci ildə yenilənmiş şəbəkə üzvləri üçün AMEA-nın dəstəyilə Avstriyanın İctimai İnnovasiya Mərkəzinin tədqiqat strategiyası və inkişaf üzrə baş mütəxəssisi Qorazd Veis tərəfindən MƏŞŞ üzvlərinin vəzifə və funksiyaları üzrə praktiki təlimlər təşkil edilib. 2019-2021-ci illərdə Avropa Komissiyasının ekspertləri tərəfindən Azərbaycanın alim və mütəxəssisləri üçün layihələrin hazırlanması və COST Action üzrə təlimlər keçirilib. E.Əlirzayeva qeyd edib ki, MƏŞŞ üzvləri son illərdə Azərbaycanın elm, təhsil və səhiyyə müəssisələrinin, həmçinin dövlət təşkilatlarının alim və mütəxəssisləri üçün “Horizon 2020” çağırışları üzrə məlumatlandırıcı seminar və vebinarlar keçirib, həmçinin COST və Mari-Skladovskaya Küri proqramları üzrə hazırlanmış video materiallar AMEA-nın rəsmi veb səhifəsində və sosial şəbəkələrdə yayılıb. O, həmçinin yeni elan edilmiş Horizon Europe proqramının prioritet istiqamətləri və onlara ayrılmış maliyyə imkanları haqqında məlumat verib.
Tədbirdə MƏŞŞ üzvləri çıxış edərək son illər ərzində fəaliyyət nəticələri və qarşılaşdıqları problemləri diqqətə çatdırıblar.
Avropa Tədqiqatlar Mərkəzi və COST Action üzrə MƏŞ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov,
İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal istiqaməti üzrə MƏŞ, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rövşən Kərimov,
Səhiyyə, demoqrafik dəyişiklik və rifah istiqaməti üzrə MƏŞ, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun müalicə işləri üzrə direktor müavini, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova,
Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, bioiqtisadiyyat və biotexnologiya üzrə MƏŞ, AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov,
Avroatom üzrə MƏŞ, Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov Avroatom üzrə keçirilən tədbirlərdə iştirakı və Azərbaycanın uğurlu layihələrə qoşulması istiqamətində həll edilməli məsələlər haqqında məlumat verib. O, həmçinin tibbi müəssisələrin alim və mütəxəssisləri üçün nəzərdə tutulan xüsusi təlim seminarlarının mövzularını müzakirəyə çıxarıb.
Hüquq və maliyyə istiqaməti üzrə MƏŞ, AMEA-nın İdarəetmə sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon Avropa” proqramı çərçivəsində elan edilmiş istiqamətləri diqqətə çatdırıb. O, tibb, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi, bioiqtisadiyyat, iqlim dəyişiklikləri, alternativ enerji, ağıllı nəqliyyat, mülki təhlükəsizlik, mədəni irs, innovativ texnologiyalar kimi sahələrin prioritet olduğunu qeyd edib.
AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov azərbaycanlı alimlərin beynəlxalq elmi aləmə inteqrasiyasında “Horizon Avropa” proqramının əhəmiyyətini vurğulayıb, MƏŞŞ üzvləri tərəfindən qeyd edilən problemlərin həlli istiqamətində təkliflərini irəli sürüb.
Akademik İbrahim Quliyev MƏŞŞ tərkibində dəyişikliklər edilməsi və onun “Horizon Avropa” proqramının fəaliyyət istiqamətlərinə uyğunlaşdırılması məsələsini müzakirə edib. Təkliflər nəzərə alınaraq, MƏŞŞ-in yeni tərkibinə müvafiq dövlət qurumlarının, elm və təhsil müəssisələrinin qabaqcıl mütəxəssisləri daxil edilib. Azərbaycan alimlərinin 2021-2027-ci illərdə “Horizon Avropa” proqramında iştirak səviyyəsinin yüksəldilməsi məqsədilə strategiya planının hazırlanması qərara alınıb.dle templates freefilm online
15-10-2021
388
Paylaş:
New Partners
Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) Avropa Komissiyasının NEM Initiative (New European Media Initiative) Texnoloji Platformasının səfiri seçilmişdir.



Calendar
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031