Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) NEM Initiative (New European Media Initiative) səfirı seçilmişdir
NEM Təşəbbüsü Avropa Texnoloji Platformalarından biri olaraq, 7-ci Çərçivə Proqramı tərəfindən o zaman yeni yaranan şəbəkə və elektron kütləvi informasiya vasitələri biznes sektorunun inkişafı üçün, istehlakçı elektronika, yayım və telekomunikasiyalar arasında uyğunlaşmanı təmin etmək məqsədi ilə yaradılmışdır. Horizon 2020 proqramının yeni ehtiyaclarına və tələblərinə cavab vermək məqsədilə NEM təşəbbüsü yaradıcı sənaye sahələrinə diqqətini genişləndirmiş və Networked and Electronic Media Initiative adını New European Media (Yeni Avropa Media) adına dəyişmiş və öz fəaliyyətini rəqəmsal təcrübəninin gələcəjinin stimullaşdırılmasına yönəltmişdir.
NEM Təşəbbüsü qüclü və təşəbbüskar şəbəkə yaratmaq məqsədi ilə Avropada NEM səfirləri vəzifəsini icra edən əsas iştirakşıları axtarır. NEM səfirləri öz regionlarında NEM Təşəbbüsünü təşviq edir, AB səviyyəsində öz ekosistemlərini təmsil edir, Avropa media landşaftının uyğunlaşmasına və birləşməsinə kömək edir.
NEM təşəbbüsü altı əsas ölkədən yeni səfirlərini təqdim edir:
Çexiya, Bolqarıstan, Rumıniya, Estoniya, Polşa və Azərbaycan
Sofiya Universiteti - Bolqarıstan, Iconic Cluster - Rumıniya, Yaradıcı Estoniya - Estoniya, Mazovia Cluster İKT - Polşa,
Regional İnnovasiya Texnologiyaları Akademiyası (R.İ.T.A.) - Azərbaycan.
dle templates freefilm online