Rita.az
HORIZON 2020




















» » AMEA ilə TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə dair maarifləndirici seminar keçirilib
AMEA ilə TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə dair maarifləndirici seminar keçirilib
Yanvarın 23-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində elan olunan müsabiqəyə dair məlumatlandırma seminarı keçirilib.
Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr şöbələrinin məsul şəxsləri, akademiyanın gənc alimləri, eləcə də respublikanın ali təhsil və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Seminarda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva çıxış edərək, TÜBİTAK tərəfindən artıq üçüncü müsabiqənin elan olunduğunu, bu dəfə akademiya ilə yanaşı, həmçinin respublikanın digər elmi-tədqiqat mərkəzləri və təhsil müəssisələrindən də layihələrin qəbul ediləcəyini, müsabiqənin 6 mart 2020-ci il tarixinə qədər qüvvədə olduğunu, layihə təkliflərinin Türkiyə və Azərbaycandan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmasını, layihənin prioritet sahəni və hər iki ölkə üçün aktual olan mövzunu əhatə etməyini, mövzunun adının seçilməsinə, eləcə də ərizə forması doldurulan zaman texniki şərtlərə (sənədlər, imzalar və s.) xüsusi diqqət yetirilməyini, qəbul olunan layihələrin texniki baxışdan keçdikdən sonra 4 kateqoriya üzrə qiymətləndirilmə üçün beynəlxalq ekspertlərə göndəriləcəyini və ən yüksək orta bal toplayan 3 layihəyə dəstək veriləcəyini qeyd edib.
Sonra Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı (“Horizon 2020”) üzrə Milli əlaqələndirici şəxsləri: Hüquq və maliyyə aspektləri (MƏŞ), RİTA-nın direktoru, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə eksperti, Tofig Babayev, İqlim fəaliyyəti, resurs səmərəliyi və xammal(MƏŞ), AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Rövşən Kərimov azərbaycanlı alim və mütəxəssislərin proqramda iştirakının gücləndirilməsi məqsədilə fikirlərini bölüşüblər.
Sonda ərizə formasının doldurulması qaydası əyani nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.dle templates freefilm online

Educational seminar on the competition announced jointly by ANAS and TUBITAK

Educational seminar on the competition announced jointly by ANAS and TUBITAK

Educational seminar on the competition announced jointly by ANAS and TUBITAK
23-01-2020
111
Paylaş: