Rita.az
Partner search


















» » HORIZON2020 İnfogün
HORIZON2020 İnfogün
15-16 sentyabr 2016-cı il tarixlərində R.İ.T.A.-nın təşkilatçılığı ilə IDEALIST2018 layihəsi çərçivəsində Avropa Komissiyasının HORIZON2020 Proqramına və Proqramda iştirak qaydalarına həsr edilmiş növbəti tədbir keçiriləcəkdir.
Tədbirin ikinci günü Azərbaycan tədqiqatçılarının təqdim etdikləri layihə təklifləri 6 xarici ekspert tərəfindən müzakirə ediləcək və HORIZON2020-nin növbəti müsabiqələrinə uyğunluğu qiymətləndiriləcəkdir.
 
Tədbirdə HORIZON2020-nın Fransada, Latviyada, Macarıstanda, Ukrayna, Moldova və Gürcüstanda Milli Təmsilçiləri öz fəaliyyətləri barədə, ölkələrində fəaliyyət göstərən alim və tədqiqatçıların HORIZON2020-da iştirakı barədə məlumat verəcək və Azərbaycan alimlərinin layihə təkliflərini müzakirə edəcəklər. Eyni zamanda layihə müəllifləri xaricdə müvafiq partnyor axtarışına dair məsləhət ala biləcək.
Tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək.
 
Layihə təklifini xarici ekspertlərlə müzakirə etmək istəyən tədqiqatçılar Layihə təklifi formasını doldura bilər. Layihənin mövzusu HORIZON2020-nın 2016-2017-ci illər üçün İş Proqramının mövzularına uyğun olmalıdır.
dle templates freefilm online
7-09-2016
878
Поделиться: