Rita.az
HORIZON EUROPE










» » Hörmətli həmkarlar
Hörmətli həmkarlar
Hörmətli həmkarlar


Hörmətli həmkarlar,
Bildiyiniz kimi, 2014-cü ildən etibarən Avropa Birliyinin yeni - HORIZON 2020 Elmi tədqiqat və İnnovasiya Çərçivə proqramı qüvvədədir. 
http://ec.europa.eu/research/horizon2020/index_en.cfm

Sizə məlumat veririk ki, 9-10 Oktyabr 2014-cü il tarixlərində İtaliyanın Florensiya şəhərində HORİZON 2020-nin müsabiqələrinə layihə təklifi vermək istəyənlər üçün Proposer’s Day 2014 adlı tədbir keçiriləcəkdir. http://ec.europa.eu/digital-agenda/en/ict-proposers-day-9-10-october-2014 .
Tədbir HORİZON 2020-nin 2015-ci il üçün İnformasiya Texnologiyaları İş Proqramına həsr edilmişdir.

Proposer’s Day 2014 Avropada fəaliyyət göstərən alim və mütəxəssislərlə tanış olmaq, onların apardıqları tədqiqatlar və əldə etdikləri nailiyyətlər barədə məlumat almaq, yeni əməkdaşlıq əlaqələri qurmaqla yanaşı
- AB Komissiyasının nümayəndələri ilə görüşüb onlardan Proqramda nəzərdə tutulmuş müsabiqələr və mövzular barədə bilavasitə məlumat almaq,
- layihə təklifinin verilməsi qaydaları ilə tanış olmaq,
- digər ölkələrdən tədbirə toplaşan alim və mütəxəssislərin layihə təklifləri ilə tanış olmaq üçün geniş imkanlar yaradır. 

Bundan əlavə, İKT üzrə Milli Dayaq Nöqtələrini birləşdirən İdeal-İst şəbəkəsi layihələri üçün partnyor axtaran alim və mütəxəssisləri EEN (Enterprise Europe Network) ilə birgə təşkil etdiyi Face-2-Face Əlaqələndirmə tədbirinə dəvət edir. Face-2-Face Partnyorlara tək bə tək görüşüb layihə ideyalarını müzakirə etməyə imkan yaradır.

2013-cü ildə Latviyanın Vilnyus şəhərində ICT 2013 çərçivəsində keçirilmiş Face-2-Face tədbirində Azərbaycandan 15 tədqiqat qrupu tərəfindən 23 layihə təklifi verilmiş və 43 görüş keçirilmişdi !

Sizi Proposer’s Day 2014 tədbirində iştirak etməyə və gələcək layihələr üçün tərəf müqabili tapmağa dəvət edirik. Əhatə olunan mövzularla burada tanış ola bilərsiniz https://ec.europa.eu/digital-agenda/events/cf/ictpd14/topics.cfm . 
Face-2-Face tədbirinə təqdim etmək üçün Layihə təklifi formasını əlavə edirik. 

AB-nin İKT uzrə Azerbaycanda Dayaq Noqtəsi.

Əlaqə telefonu: 539-13-68

dle templates freefilm online
27-09-2014
4 227
Paylaş:
New Partners
Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) Avropa Komissiyasının NEM Initiative (New European Media Initiative) Texnoloji Platformasının səfiri seçilmişdir.



Calendar
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930