Rita.az
HORIZON EUROPE










» » R.İ.T.A.-nın direktoru Elmi-Tədqiqat və İnnovasiya işçi qrupun 4-cü görüşündə iştirak etmişdir
R.İ.T.A.-nın direktoru Elmi-Tədqiqat və İnnovasiya işçi qrupun 4-cü görüşündə iştirak etmişdir
R.İ.T.A.-nın direktoru, Rəqəmsal, Sənaye və Kosmos istiqamətində Horizon Europe millli təmsilçisi, e-Commerce işçi qrupunun rəhbəri Tofiq Babayev 20-21 oktyabr 2022-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Elmi-Tədqiqat və İnnovasiya işçi qrupun 4-cü görüşündə (“4th Informal Working Group Meeting on Research and Innovation”) iştirak etmişdir.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, AR Elm və Təhsil Nazirliyi, AR İqtisadiyyat Nazirliyi və Elmi Tədris Mərkəzinin nümayəndələri iştirak etmişlər. Azərbaycan nümayəndələri görüşdə bir neçə sessiyada, o cümlədən Elmi-Tədqiqat İnnovasiya proqramlarında Şərqi Tərəfdaşlıq ölkələrinin prioritet istiqamətlərdə iştirakı, Horizon Europe çərçivə proqramında Şərqi Tərəfdaşlıq ölkələrinin inkişafının və Avropa elmi tədqiqat məkanında beynəlxalq əməkdaşlığın genişləndirilməsi seksiyalarında iştirak etmişlər.
Proqram 4 seksiyadan ibarətdir:
Seksiya 1. “Eastern Partnership Priorities in Research and İnnovation-state of implementation”.
Seksiya 2. “EaP countries and Horizon Europe: How to increase participation in the programme?”.
Seksiya 3. “International cooperation in the European Research Area (ERA) – values and principles”.
Seksiya 4. “Technology Transfer and Smart Speacialisation”.
Tofiq Babayev II seksiyada çıxış edərək Şərqi Tərəfdaşlıq ölkələrin Horizon Europe-da iştirakının genişləndirilməsi məqsədi ilə Coordination Support Action (CSA) layihəsinin tenderlərə əlavə edilməsini təklif etmişdir. Alim qeyd edib ki, bu tip layihə bütün Şərqi tərəfdaşlıq ölkələrində Horizon Europe-nın 5 əsas missiyasının və Şərqi Tərəfdaşlıq ölkələrinin iştirakı missiyalarında iştirak edə biləcək. Sözügedən layihə Şərqi Tərəfdaşlıq ölkələrinin Elmi-Tədqiqat müəssisələrinin müəyyənləşdirilməsinin və gələcəkdə konsorsium yaradıb birgə layihələrdə iştirak etməsinə yönəlib.dle templates freefilm online
21-10-2022
130
Paylaş:
New Partners
Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) Avropa Komissiyasının NEM Initiative (New European Media Initiative) Texnoloji Platformasının səfiri seçilmişdir.



Calendar
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930