Rita.az
HORIZON EUROPE










» » R.İ.T.A.-nın direktoru Eastern Partnership Business Forumunda iştirak etmişdir
R.İ.T.A.-nın direktoru Eastern Partnership Business Forumunda iştirak etmişdir
17-18 Oktyabr 2022-ci il tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində Eastern Partnership Business Forum: Geoeconomic Challenges and Opportunities tədbiri keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinin tərkibinə AR İqtisadiyyat Nazirinin birinci müavini Elman Əliyev başda olmaqla bir qrup o cümlədən KOBİA nümayəndəsi, Ələt Azad Zonasının rəhbəri Valeh Ələskərov, Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov, R.İ.T.A.-nın direktoru, Rəqəmsal, Sənaye və Kosmos istiqamətində Horizon Europe millli təmsilçisi, e-Commerce işçi qrupunun rəhbəri Tofiq Babayev və bir qrup Azərbaycan sahibkarları iştirak etmişlər.
Şərq Tərəfdaşlığı Biznes Forumu Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi tərəfindən digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Aİ Şurasında Çexiya sədrliyinin tədbiri kimi təşkil olunmuş və Praqa Kongres Mərkəzində keçirilmişdir.
Biznes Forumda iqtisadi əməkdaşlığın qarşıdakı illərdə uğurla inkişaf etdirə biləcəyi əsas sahələri vurğulayan spesifik sessiyalar təşkil olunmuşdu.
Şərq Tərəfdaşlığı ölkələri investisiya, əlaqə və ya iqtisadiyyatın modernləşdirilməsi, o cümlədən enerji və rəqəmsal transformasiya sahəsində Aİ üçün mühüm tərəfdaşlardır. Buna görə də Forumun məqsədi iqtisadi və ticarət əməkdaşlığı dərinləşdirmək və genişləndirmək üçün mövcud imkanların müzakirə edilməsi olmuşdur.
Şərq Tərəfdaşlığı ölkələri və Aİ Tərəfdaşlığın daha da gücləndirilməsi və 2022-ci ildən sonra Aİ ilə iqtisadi inteqrasiya proseslərinin irəliləyişinə dair yeni ideyalarla bölüşmuşlər.
Forumun xüsusi diqqəti aşağıdakı əməkdaşlıq sektorlarına yönəldilmişdi: Enerji keçidi; Rəqəmsal keçid; Ağıllı Şəhərlər; Ağıllı Kənd Təsərrüfatı; İnvestisiyaların yoxlanılması.
Tofiq Babayev Forumda Panel of Digital Transition seksiyasında “The major developments in domestic and cross-border logistics in Azerbaijan” mövzusunda çıxış etmiş və ölkədə (cross-border logistics) transsərhəd logistikanın rəqəmsallaşdırılması sahəsində yerinə yetirilən işlər barədə məlumat vermişdir. Alim eyni zamanda bu sahədə AB ilə əməkdaşlıq imkanları barədə məlumat verilmişdir.dle templates freefilm online

Director of R.I.T.A. participated in the Eastern Partnership Business Forum
Director of R.I.T.A. participated in the Eastern Partnership Business Forum
18-10-2022
136
Paylaş:
New Partners
Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) Avropa Komissiyasının NEM Initiative (New European Media Initiative) Texnoloji Platformasının səfiri seçilmişdir.



Calendar
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930