Rita.az
HORIZON EUROPE










» » “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri“ adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilmişdir
“Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri“ adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilmişdir
27 oktyabr 2021-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri“ adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilmişdir. Hibrid formatda keçirilən beynəlxalq konfransda Azərbaycanın və bir sıra xarici ölkələrin, o cümlədən Polşa, Almaniya, Rusiya, ABŞ, Ukrayna, Rumıniya, Litva, Gürcüstan, Bolqarıstan, Belarus, Qazaxıstan və s. ölkələrin alim və mütəxəssisləri iştirak etmişdir.
Konfransın məsul katibi RİTA-nın direktoru -Dr.Tofiq BABAYEV

Konfransı giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov tədbir iştirakçılarını salamlayaraq konfransın gündəliyi haqqında məlumat verdi. Konfransın əməli əhəmiyyətinə toxunan Ə.Abbasov qeyd etdi ki, Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Bu dəhliz üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. Məhz Azərbaycan Respublikasında nəqliyyat dəhlizinin mərkəzi ölkələrdən biri kimi böyük addımlar atılmış, dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilmişdir. Akademik “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsi ilə və Şərq-Qərb Nəqliyyat Dəhlizi təşkilati, iqtisadi, coğrafi istiqamətlərdə inkişaf etdirildiyini və eyni zamanda, yeni bir dəhlizin – rəqəmsal kommunikasiya əlaqələrinin yarandığını qeyd etdi.
Konfransın açılışında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tədbirin təşkilatçılarına konfransın yüksək səviyyədə təşkili üçün təşəkkürünü ifadə edərək qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu əlverişli mövqedən yararlanaraq tranzit potensialının inkişaf etdirilməsi bölgənin nəqliyyat siyasətinin əsas prioritetlərindəndir.
Sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək Akademiya rəhbərliyi adından iştirakçıları salamlayaraq konfransa öz işində uğurlar arzu etdi.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin Parlamentinin Təbii Resurslar, Enerji və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək konfransın Azərbaycanda Şərq-Qərb dəhlizinin gələcək inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edərək konfrans iştirakçılarının toxunduğu məsələlərə bir daha diqqət yetirdi. 26 oktyabr 2021-ci il tarixində Füzuli Beynəlxalq Hava Limanının açılmasından bəhs edərək Qarabağ zəfərindən sonra bölgədə nəqliyyat-logistika istiqamətində yaranan yeni mühitin əhəmiyyətinə toxundu

Daha sonra Silesia Texnologiya Universitetinin professoru Aleksandr Sladkovski çıxış etdi. Bildirdi ki, məruzəçilərin önə çəkdiyi elmi problemlər təkcə Azərbaycanı deyil, bütün dünya ölkələrini narahat edən məsələlərdir. Xüsusən də, hazırda dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar yaranan mürəkkəb şəraitin dünya iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edərək son iki ildə əsasən də nəqliyyat sektorunda, məhsulların daşınmasında, çatdırılmasında ciddi problemlər yaşandığını qeyd etdi

Sonra ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun professoru Abzetdin Adamov konfransa onlayn şəkildə qoşularaq çıxış etdi. Qeyd etdi ki, aerokosmik avadanlıqların hazırlanması fəaliyyət göstərdiyi institutun əsas istiqamətlərindən hesab olunur. Təmsil etdiyi qurumda texnologiya sahəsində görülən işlər, post-pandemiya dövründə qarşıda duran vəzifələr, əməkdaşlıqlar barədə ətraflı məlumat verdi. Müasir dövrdə, xüsusən də pandemiya dövründə texnologiyanın əhəmiyyətinə toxunaraq onun ən əsas ünsiyyət vasitələrindən olduğunu qeyd etdi.

Daha sonra konfrans öz işini plenar iclasla davam etdirdi.dle templates freefilm online
27-10-2021
560
Paylaş:
New Partners
Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) Avropa Komissiyasının NEM Initiative (New European Media Initiative) Texnoloji Platformasının səfiri seçilmişdir.



Calendar
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031