Rita.az
HORIZON EUROPE










» » Ali təhsil müəssisələri üçün “Horizon Avropa” proqramı üzrə Məlumat günü keçirilib
Ali təhsil müəssisələri üçün “Horizon Avropa” proqramı üzrə Məlumat günü keçirilib
Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin (ATM) beynəlxalq əlaqələr üzrə məsul nümayəndələri üçün “Horizon Avropa” proqramı üzrə Məlumat günü keçirilib.
Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov açaraq sözügedən proqramın ATM-nin alim və mütəxəssisləri üçün əhəmiyyətini və bu istiqamətdə fəaliyyətin gücləndirilməli olduğunu vurğulayıb.
AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva isə “Horizon 2020” proqramı çərçivəsində fəaliyyətin nəticələri, proqramdan istifadə üçün Avropa Komissiyası, AMEA və MƏŞ Şəbəkəsi üzvləri tərəfindən keçirilmiş seminarlar, vebinarlar, təlim kursları haqqında məlumat verib, “Horizon Avropa” proqramının Azərbaycanın alim və mütəxəssisləri üçün açdığı perspektivləri iştirakçıların diqqətinə çatdırıb. O, məlumat və yeniliklərin səmərəli ötürülməsi və birgə fəaliyyət üçün ATM-dən olan həmkarları ilə əlaqələndirici şəbəkənin yaradılmasını təklif edib.
Tədbirdə Hüquq və maliyyə istiqaməti üzrə MƏŞ, RITA direktoru, AMEA İdarəetmə sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon Avropa” proqramının hədəfləri, yeniliklər, yeni çağırış mexanizmləri, proqrama qoşulma yolları və maliyyə imkanları haqqında ətraflı məlumat verib.
Tədbirdə eyni zamanda Milli NCP-lər tərəfindən Avropa Tədqiqatları Mərkəzi və COST Action, Mariya Skladovskaya Küri təqaüd proqramı üzrə, “Horizon Avropa”: tibb üzrə işçi proqram və layihə imkanları” mövzusunda və “Horizon Avropa” proqramına təqdim ediləcək layihələrin tərtibi, strukturu və düzgün yanaşmalar, həmçinin ekspetlər tərəfindən layihələrin qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verilib.
Təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, “Horizon Avropa” proqramında iştiak üzrə fəaliyyət istiqamətində təkliflər səsləndirilib.dle templates freefilm online
3-08-2021
387
Paylaş:
New Partners
Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) Avropa Komissiyasının NEM Initiative (New European Media Initiative) Texnoloji Platformasının səfiri seçilmişdir.



Calendar
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031