R.İ.T.A.-nın direktoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elmi Şurasının İnnovasiyalar və Yüksək Texnologiyalar bölməsinin üzvü seçilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 5.15-ci bəndinə uyğun olaraq, Nəqliyyat, o cümlədən, dəniz nəqliyyatı və mülki aviasiya, rabitə, innovasiya və yüksək texnologiyalar sahələrində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün 9 sentyabr 2020-ci il tarixində, Ə-112/20 saylı əmrə əsasən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elmi-Texniki Şurası” yaradılmışdır.
R.İ.T.A.-nın direktoru, Hüquq və maliyyə aspektləri üzrə MƏŞ, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə eksperti Tofiq Əli İkram oğlu Babayev “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elmi Şurasının İnnovasiyalar və Yüksək Texnologiyalar” bölməsinin üzvü seçilmişdir.
dle templates freefilm online