Rita.az
HORIZON 2020




















» » R.İ.T.A. –nın direktoru “EU4Digital” e-ticarət onlayn koordinasiya toplantısında iştirak edib
R.İ.T.A. –nın direktoru “EU4Digital” e-ticarət onlayn koordinasiya toplantısında iştirak edib
Aprelin 17-də Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin nümayəndələrinin, “EU4Digital” layihə əlaqələndiricilərinin Litva mütəxəssislərinin, həmçinin “Ernst & Young” və Avropa Komissiyası elektron ticarət əməkdaşlarının iştirakı ilə “EU4Digital” elektron ticarət şəbəkəsinin 2-ci onlayn koordinasiya iclası keçirilib.
Tədbirdə ölkəmizi AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Departamentinin əməkdaşları – Rüstəm Abdullazadə və Leyla Bağırzadə, eləcə də AMEA-nın RİTA-nın direktoru, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə eksperti, Avropa Komissiyasının “Horizon 2020” proqramının milli əlaqələndirici şəxsi,, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev təmsil edib.
Onlayn iclasda T.Babayevin Azərbaycanda elektron ticarətin ümumi vəziyyəti ilə bağlı məruzəsi dinlənilib. O, son illərdə ölkəmizdə e-ticarət istiqamətində əldə olunan nailiyyətlərdən danışıb, e-ticarət xidmətlərinin həcminin artdığını, yeni ticarət platformaları, standartlar və s. meydana çıxdığını bildirib. Alim hazırda ölkə daxilində e-ticarət xidmətləri göstərən 650-ə yaxın təşkilatın fəaliyyət göstərdiyini vurğulayıb.
İclasda ŞT ölkələrində elektron ticarət sahəsində qanunvericilik, standartlar, ekosistem sahələrində ən vacib fəaliyyətlər haqqında yenilənmiş məlumatlar, eləcə də “EU4Digital”ın diqqət yetirilməli və ən çox fayda gətirməsi gözlənilən nəticələri ətrafında müzakirələr aparılıb.dle templates freefilm online
17-04-2020
172
Paylaş:
New Partners
Regional Innovative Texnologiyaları Akademiyası (R.I.T.A.) Avropa Komissiyasının NEM Initiative (New European Media Initiative) Texnoloji Platformasının səfiri seçilmişdir.



Calendar
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930