Rita.az
HORIZON 2020




















» » Gəncə Dövlət Universitetində “Horizon-2020” proqramının mövcud imkanları mövzusunda seminar keçirilmişdir
Gəncə Dövlət Universitetində “Horizon-2020” proqramının mövcud imkanları mövzusunda seminar keçirilmişdir
28 fevral 2020-ci il tarixində Gəncə Dövlət Universitetində Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə “Horizon-2020” proqramı üzrə regional seminar keçirilmişdir.

Tədbiri universitet rektorunun baş müşaviri Asif Cavadov açaraq gələn qonaqları iştirakçılara təqdim etmişdir.

RİTA-nın direktoru, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə eksperti, Avropa Komissiyasının “Horizon 2020” proqramının milli əlaqələndirici şəxsi, Tofiq Babayev, Azərbaycan Milli Antidopink Agentliyinin elm şöbəsinin müdiri İlham Hümbətov, AMEA-nın rəyasət heyətinin xarici əlaqələr idarəsinin layihələrinin idarə edilməsi şöbəsinin müdir müavini Aytən Hüseynova proqram haqqında iştirakçılara ətraflı məlumat vermişdilər. Bildirmişlər ki, seminarın keçirilməsində əsas məqsəd yüksəksəviyyəli tədqiqatların aparılması, bu tədqiqatlara alimlərin cəlb olunması və onların beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsi, fikir mübadiləsi üçün əlverişli şəraitin yaradılmasıdır. Qeyd etmişlər ki, proqramda innovativ müəssisələrin rəqabətədavamlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həyat tərzinin və maddi rifahın yaxşılaşdırılmasına yardım etmək, biznesin tədqiqatlara qoyduğu investisiyaların həcminin artırılmasını stimullaşdırmaq, innovasiyaların inkişafı mümkün olan sahələrə üstünlük verilməsini təmin etmək kimi məsələlər əksini tapır. Proqramın ayrı-ayrı istiqamətlərindən danışan qonaqlar bu istiqamət üzrə fərdi və qrup qrantlarının alınması ilə bağlı məlumat da vermişdilər.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşmışdır.dle templates freefilm online

Ganja State University hosted a seminar on the opportunities of Horizon 2020 program
Ganja State University hosted a seminar on the opportunities of Horizon 2020 program
Ganja State University hosted a seminar on the opportunities of Horizon 2020 program
28-01-2020
90
Paylaş: