Rita.az
HORIZON 2020




















» » AMEA-Riyaziyyat və Mexanika İnstitutunda HORİZON 2020 ilə bağlı görüş keçirilmişdir
AMEA-Riyaziyyat və Mexanika İnstitutunda HORİZON 2020 ilə bağlı görüş keçirilmişdir
23 yanvar 2020-ci AMEA-Riyaziyyat və Mexanika İnstitutunda Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramı (HORİZON 2020) ilə bağlı görüş keçirilmişdir. Görüşdə institutun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov; RİTA-nın direktoru, Avropa İttifaqının Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsində Elektron Ticarət Məsələləri üzrə eksperti, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev; Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, HORİZON 2020-nin Maria Sklodovskaya-Küri Proqramı üzrə Azərbaycanın milli əlaqələndiricisi, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov; Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, HORİZON 2020-nin İqlim Fəaliyyəti, Resurs Səmərəliyi və Xammal üzrə Milli Əlaqələndirici şəxsi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov; İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, riyaziyyat üzrə elmlər doktoru İlqar Məmmədov; Riyaziyyat və Mexanika İnstitutunun doktorantı Səbinə Cəfərova iştirak edirdilər.
Müzakirələrdə AMEA əməkdaşlarının həmin proqramda daha fəal iştirak etmə yolları barədə fikir mübadiləsi aparılmışdır. Nəticədə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda bu proqramda iştirakı təmin etmək məqsədi ilə işçi qrupunun yaradılması tövsiyə edilmişdir.dle templates freefilm online

A meeting devoted to the Horizon 2020 was held at the Institute of Mathematics and Mechanics of ANAS
23-01-2020
114
Paylaş: