Rita.az
HORIZON 2020




















» » AMEA Riyaziyyat və Mexanika İnstitutununda HORİZON 2020 ilə bağlı seminar keçirilmişdir
AMEA Riyaziyyat və Mexanika İnstitutununda HORİZON 2020 ilə bağlı seminar keçirilmişdir
23 yanvar 2020-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramı (HORİZON 2020) ilə bağlı seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açmışdır. Seminarda RİTA-nın direktoru, Avropa İttifaqının Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsində Elektron Ticarət Məsələləri üzrə eksperti, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, HORİZON 2020-nin Maria Sklodovskaya-Küri Proqramı üzrə Azərbaycanın milli əlaqələndiricisi, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, HORİZON 2020-nin İqlim Fəaliyyəti, Resurs Səmərəliyi və Xammal üzrə Milli Əlaqələndirici şəxsi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov çıxış etmiş, institut əməkdaşlarının adı çəkilən proqramda daha fəal iştirak etmək üçün tövsiyələrini vermişlər. Onlar eyni zamanda institut əməkdaşlarının çoxsaylı suallarına cavab vermişlər.dle templates freefilm online

A workshop devoted to HORIZON 2020 was held in the Institute of Mathematics and Mechanics of ANAS

A workshop devoted to HORIZON 2020 was held in the Institute of Mathematics and Mechanics of ANAS

A workshop devoted to HORIZON 2020 was held in the Institute of Mathematics and Mechanics of ANAS
23-01-2020
100
Paylaş: