Rita.az
HORIZON 2020




















» » “Horizon-2020” proqramına müraciətlə bağlı növbəti maarifləndirici seminar keçirilib
“Horizon-2020” proqramına müraciətlə bağlı növbəti maarifləndirici seminar keçirilib
1 fevral 2019-cu il tarixində AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə növbəti maarifləndirici seminar keçirildi.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə akademiyanın Biologiya və Tibb və Yer elmləri bölmələrinə aid olan elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə şöbə müdirləri və məsul şəxsləri, həmçinin alim və mütəxəssisləri iştirak ediblər.
Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib, “Horizon-2020” proqramı üzrə milli əlaqələndiricilərin yeni tərkibini təqdim edib.
R.I.T.A.- nın direktoru və “Horizon-2020” proqramının Hüquq və Maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayev çıxış edərək "Horizon-2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat verdi. Sonda Tofiq Babayev iştirakçıları maraqlandıran sualları cavablandırdı.dle templates freefilm online

Another educational seminar on the participation in Horizon2020 program took place

Another educational seminar on the participation in Horizon2020 program took place
1-02-2019
63
Поделиться: