Rita.az
HORIZON 2020




















» » Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları ilə görüş keçirilib
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları ilə görüş keçirilib
29 Yanvar 2019-il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, texniki elmlər doktoru Təranə Məmmədova və həmin institutun elmi işçisi Nadirə Həsənxanova R.I.T.A.-da Avropa Birliyinin Horizon2020 Elmi-Tədqiqat və İnnovasiya Çərçivə proqramında Azərbaycan alimlərinin iştirakı imkanları ilə tanış olmaq məqsədi ilə görüşdə iştirak etmişlər.
R.I.T.A.- nın direktoru və “Horizon-2020” proqramının Hüquq və Maliyyə aspektləri üzrə milli əlaqələndiricisi T. Babayev qonaqlara HORİZON 2020 proqramının strukturu , tenderlərin , müvafiq mövzuların və tərəf müqabillərinin axtarışı barədə məlumat verdi və qonaqların coxsaylı suallarına cavablandırdı. Eyni zamanda qonaqlar Horizon 2020 proqramında iştirak etmək üçün alimlərin və elmi tədqiqat institutlarının AK-nın yeni yaradılmış “Funding & tender opportunities” portalında qeydiyyatdan keçmə prosedurası və Neft-Kimya Prosesləri İnstitutunun elmi istiqamətlərinə müvafiq olan bir neçə İşçi Proqramlarla tanış oldular.
Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi potensialının və geniş xarici əlaqələrinin mövcud olduğunu nəzərə alaraq institutun HORİZON 2020 proqramlarında real iştirakı imkanları olduğu qeyd olundu.
Görüşün sonunda T. Məmmədova və T. Babayev HORİZON 2020 proqramı çərçivəsində iki institut arasında əməkdaşlığı davam etdirilmısinin vacibliyini qeyd etdilər.dle templates freefilm online
29-01-2019
90
Поделиться: