Rita.az
HORIZON 2020




















» » EU4Digital layihəsi çərçivəsində Elektron Ticarət üzrə İşçi Qrupunun növbəti iclası keçirilmişdir
EU4Digital layihəsi çərçivəsində Elektron Ticarət üzrə İşçi Qrupunun növbəti iclası keçirilmişdir
11-12 oktyabr 2018-ci il tarixlərdə Gürcüstanın Batumi şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edə EU4Digital layihəsi çərçivəsində Elektron Ticarət üzrə İşçi Qrupunun növbəti iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov, R.I.T.A-nın direktoru, Avropa İttifaqının Horizon 2020 Proqramının qanunvericilik və maliyyə üzrə milli təmsilçisi, elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev və Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini, EU4Digital layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri üzrə gömrük istiqamətinin əlaqələndiricisi Anar Süleymanov təmsil etmişlər.

İclasın əsas məqsədi İşçi Qrupunun Fəaliyyət Planına daxil olan layihələr üzrə ekspert qiymətləndirməsinin aparılması və 2019-2021 illər üzrə Avropa Komissiyasının elan etdiyi tender çərçivəsində həyata keçiriləcək layihələrin seçilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur. Görüş zamanı Dövlət Gömrük Komitəsinin nümayəndəsi “Gömrük xidmətləri arasında ilkin məlumat mübadiləsi” mövzusunda təqdimatla çıxış etmiş və Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqı arasında müvafiq layihənin konseptual istiqamətlərini təqdim etmişdir.

İşçi Qrupunun üzvləri tərəfindən rəqəmsal nəqliyyat və loqistika dəhlizlərinin inkişaf etdirilməsi, ölkələrarası elektron ticarət platformalarının yaradılması, elektron imzaların qarşılıqlı tanınması yolu ilə ticarət və nəqliyyat sənədlərinin rəqəmsal mühitdə dövlət qurumlarına təqdim edilməsi, Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyi ilə uzlaşdırılması və s. kimi məsələlər müzakirə edilmişdir.dle templates freefilm online

A regular meeting of the Working Group on eCommerce within EU4Digital project was held
15-10-2018
128
Поделиться: