Rita.az
HORIZON 2020




















» » "AVROPA-ASİYA NƏQLİYYAT KÖRPÜSÜ" 4-cü Gürcüstan-Polşa beynəlxalq elmi-texniki konfransı
"AVROPA-ASİYA NƏQLİYYAT KÖRPÜSÜ" 4-cü Gürcüstan-Polşa beynəlxalq elmi-texniki konfransı
8-11 oktyabr 2018-ci il tarixində Gürcüstanın Tiflis şəhərində "AVROPA-ASİYA NƏQLİYYAT KÖRPÜSÜ" 4-cü Gürcüstan-Polşa beynəlxalq elmi-texniki konfransı keçirtilmişdir.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik T.A. Əliyev konfransın 8 oktyabr tarixində keçirilmiş plenar iclasında "Qəzaların başlanğıcının və inkişaf dinamikasının Noise nəzarəti" mövzusunda məruzə ilə çıxış etmiş və institutun noise monitorinq texnologiyası və onun sənayedə tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərdən təfərrüatı ilə danışmışdır.

9 oktyabrda R.I.T.A-nın direktoru, HORİZON 2020 proqramının Hüquqi və Maliyyə aspektləri üzrə Milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020), Azərbaycanda HDM üzrə ekspert T. Babayev nəqliyyat sessiyasında "Qəzaların başlanğıcının və inkişaf dinamikasının Noise nəzarəti texnologiyaları və sistemləri, onların tikintidə və nəqliyyatda tətbiqi" adlı layihəsini nümayiş etdirmişdir. Nümayişə , bu layihə üçün yararlı olan Horizon 2020 2018-20 "InCo Flagship on Integrated multimodal, low-emission freight transport systems and logistics" (MG-2 - 9-2019) işçi proqramının tenderi haqqında informasiya da daxil edilmişdir.

Layihədə magistral xətt boyunca seysmik təhlükənin bildirişinin intellektual sisteminin; dəmiryol xəttində, körpülərdə, tunellərdə və bütün yol boyunca kommunikasiyalarda nasazlıqların başlanğıcının gizli dövrünün Noise nəzarətinin alt sistemlərinin yaradılması nəzərdə tutulur.
T. Babaev elmi-tədqiqat təşkilatlarını bu layihədə iştirak etmələri üçün konsorsiuma daxil olmağa çağırdı.

İnstitun direktoru akademik Telman Əliyevin rəhbərliyi altında İdarəetmə Sistemləri İnstitutu ilə birgə layihədə və əməkdaşlıqda iştirak etmək arzusunu bildirən Bolqarıstandan, Litvadan, Gürcüstandan, Almaniyadan və Polşadan gəlmiş alimlərlə çoxsaylı görüşlər keçirilmişdir . Tenderdə iştirak etmək üçün adı çəkilən ölkələrin nümayəndələrinin iştirakı ilə konsorsiumun yaradılması haqqında ilkin razılıq əldə olunmuşdur.dle templates freefilm online

The 4th Georgian-Polish International Scientific & Technical Conference “TRANSPORT BRIDGE EUROPE-ASIA”
12-10-2018
125
Поделиться: