Rita.az
HORIZON 2020




















» » Hörmətli həmkarlar
Hörmətli həmkarlar
Hörmətli həmkarlar,
Sizə məlumat veririk ki, 4-6 dekabr 2018-cı il tarixlərində Avstriyanın Vyana şəhərində HORİZON2020-nin (http://ec.europa.eu/research/horizon2020/index_en.cfm) müsabiqələrində iştirak etmək və layihə təklifi vermək istəyənlər üçün ICT 2018 adlı tədbir keçiriləcəkdir. Tədbir Avropa Komissiyası və Avropa İttifaqı Şurasının Avstriya nümayəndəliyi tərəfindən təşkil edilir.

Tədbirdə iştirak üçün https://ec.europa.eu/digital-single-market/en/events/ict-2018-imagine-digital-connect-europe saytında qeydiyyat artıq başlanmışdır.

Bu tədqiqat və innovasiya tədbiri cəmiyyətin və sənayenin rəqəmsal transformasiyasında Avropa İttifaqının prioritetlərinə həsr edilib. Burada transformasiyaya qoşulan insanlara təcrübələrini və rəqəmsal dövrdə Avropanı necə gördükləri barədə fikirlərini bölüşmək imkanı verəcəkdir.
ICT 2018-də adi vətəndaşlar alimlərlə, İKT ilə maraqlanan və məşğul olanlarla, hökümət nümayəndələri ilə görüşüb rəqəmsal Avropanın gələcəyini müzakirə edəcəklər.

ICT 2018 bir neçə tədbiri əhatə edir : 1.Konfrans, 2. Sərgi, 3. İnnovasiya və start-up forumu və 4. Hər zaman olduğu kimi, alim və mütəxəssislərlə tanış olmaq, işgüzar əlaqələr qurmaq üçün Face-2-Face əlaqələndirmə tədbiri.
Əlaqələndirmə tədbiri layihələri üçün partnyor axtaran alim və mütəxəssislərə müxtəlif ölkələrdən gəlmiş həmkarları ilə görüşərək üzbəüz oturub layihə ideyalarını və tədqiqat planlarını müzakirə etmək imkanı verir.
Face-2-Face tədbirində iştirak etmək üçün hər bir tədqiqatçı tədbirin saytında öz layihə təklifini qeydiyyatdan keçirməlidir. Qeydiyyatdan keçmiş iştirakçı saytda yerləşdirilən digər layihə təklifləri ilə tanış ola bilər, onun üçün maraqlı olan iştirakçılarla Face-2-Face tədbirində görüşə bilər.

Sizi ICT 2018 tədbirində iştirak etməyə və gələcək layihələr üçün tərəf müqabili tapmağa dəvət edirik.
Aİ-nin Hüquq və Maliyyə aspektləri uzrə Azərbaycanda Dayaq Nöqtəsi.
Əlaqə telefonu: 539-13-68dle templates freefilm online
17-09-2018
65
Поделиться: