Rita.az
HORIZON 2020




















» » “Horizon-2020” proqramı çərçivəsində növbəti təlim keçirilib
“Horizon-2020” proqramı çərçivəsində növbəti təlim keçirilib
12.01.2018-ci il tarixində AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının "Horizon-2020" proqramı üzrə seçilmiş yeni Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri üçün praktiki təlim keçirilib.

Məqsəd Azərbaycan alimlərinin proqram çərçivəsində fəal iştirakının təmini və təşviqi olub.

Təlimdə  22 istiqamət üzrə Azərbaycanın elm və təhsil müəssisələrinin, nazirlik və təşkilatlarının nümayəndələrindən ibarət MƏŞŞ üzvləri iştirak edib. Təlimi R.İ.T.A.-nın direktoru və EU4Digital Azərbaycan E-trade şəbəkəsi üzrə ekspert, Azərbaycanda FET & ICT NCP HORIZON2020 üzrə milli təmsilçi  Tofiq Babayev aparmışdır. O, Avropa Birliyinin Elmi-Tədqiqat və Texnologi İnkşaf Çərçivə Programmları , o cümlədən, HORİZON 2020 programmı ətraflı məlumat vermişdir.

Bundan əlavə T. Babayev tədbirdə əlaqələndirici şəxslərin vəzifələri, fəaliyyət istiqamətləri və qabaqcıl Avropa ölkələrinin təcrübəsi haqqında ətraflı məlumat verib və növbəti mərhələ üçün iş planı müzakirə olunub.dle templates freefilm online
12-01-2018
608
Поделиться: