Rita.az
Partner search


















» » Rəqəmsal bazar harmonizasiyası üzrə üçüncü panel
Rəqəmsal bazar harmonizasiyası üzrə üçüncü panel
19-20 sentyabr tarixlərində Brüsseldə rəqəmsal bazarların harmonizasiyası (3rd EaP Panel on Harmonisation of Digital Markets) üzrə 3-cü panel keçirilmişdir. Panelin məqsədi 2016-cı ilin oktyabrından HDM sahəsində baş verən tərəqqini və 5 oktyabr 2017-ci ildə Tallinn, Estoniyada keçiriləcək rəqəmsal iqtisadiyyat 2-ci Nazirlər Yığıncağının hazırlığı çərçivəsində 2018-ci ilin planlarını təqdim və müzakirə etməkdən ibarət idi.

Azərbaycan paneldə təmsil ediblər:


1. İsbəndiyar Əliyev, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, Texnologiya və İnformasiya Cəmiyyətinin şöbə müdiri, HDM üzrə milli koordinator

2. Cəlal Rəhimov, Azərbaycan Yüksək Texnologiyalar Parkının direktor müavini, EU4Digital: ICT Innovation koordinatoru;

3. Tofiq Babayev, R.İ.T.A.-nın direktoru və EU4Digital Azərbaycan E-trade şəbəkəsi üzrə ekspert , Azərbaycanda FET & ICT NCP HORIZON2020 üzrə milli təmsilçi, Azərbaycanda HDM üzrə əlaqələndirici şəxs.

HDM-ın 3-cü panelinin iştirakçıları EU4Digital:eTrade, eHealth, ICT Innovation, Trust & Security, eSkills və Telecom üzrə nailiyyətləri və şəbəkələrin planlarını, həmçinin bu şəbəkələrin işiylə bağlı cari tədqiqatların ilkin nəticələrini müzakirə etdilər:

1.Şərq əməkdaşlığı regionunda elektron logistika və rəqəmli nəqliyyat dəhlizləri daxil olmaqla Elektron ticarət (eTrade) üzrə tədqiqat;

2. Şərq əməkdaşlığı regionunda elektron səhiyyə (eHealth) üzrə tədqiqat;

3. İKT (ICT innovation) və VP regionunda startap-ekosistemlər sahəsində innovasiyalar üzrə tədqiqat;

4. Şərq əməkdaşlığı regionunda vəziyyətin icmalı: təhlükəsizlik və kiberməkanın və elektron demokratiyanın (eDemocracy) təhlükəsizliyi

5. Roumingə beynəlxalq qiymətləndirmənin harmonizasiyası və Şərq əməkdaşlığı regionunda roumingə tariflərin azalmasına üzrə tədqiqat

Nəhayət, iştirakçılar rəqəmsal iqtisadiyyat məsələləri üzrə 2-ci nazirlər müşavirəsinin bəyannaməsinin layihəsini müzakirə etdilər və razılaşdırdılar.dle templates freefilm online
20-09-2017
298
Поделиться: