Rita.az
Partner search


















» Regional Innovativ Texnologiyalar Akademiyasının (R.İ.T.A.) direktoru
Regional Innovativ Texnologiyalar Akademiyasının (R.İ.T.A.) direktoru
Regional Innovativ Texnologiyalar Akademiyasının (R.İ.T.A.) direktoru, Avropa Birliyinin HORİZON2020 Elmi Tədqiqat&Innovasiya proqramının Azərbaycanda  İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə milli təmsilçisi Babayev Tofiq Əli İkram Oğlu 1946-cı ildə  Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub və 1969-cu ildə İnstitutu bitirib. 1969-1972-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi işləyib. 1972-ci ildən 1974-cü ilə kimi "İnformatika” Elm-İstehsalat Birliyində mühəndis, şöbə müdiri; 1974-1977 illərdə Moskva İdarəetmə Sistemləri Elmi-tədqiqat institutunun Bakı bölməsinin rəhbəri vəzifəsində çalışıb. 1977-1987-ci illər ərzində "İnformatika” Elm-İstehsalat Birliyində laboratoriya müdiri, Kompüter Mərkəzinin müdiri, Baş mühəndisin müavini vəzifəsində çalışıb.  
1988-ci ildə Ukraynanın Kiyev şəhərində "Mərkəzləşdirilmiş Kompleks xidmətlərin göstərilməsi və hesablama  texnikası vasitələrinin istifadəsi mərkəzlərinin yerləşdirilməsi məsələlərinin metodları və alqoritmlərinin işlənmib hazırlanması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
1987-ci ildə T.Babayev "İnformatika” Elm-İstehsalat Birliyində yeni yaradılmış Bakı Elmi Tədris Mərkəzinin (BETM) direktoru vəzifəsinə təyin edilmişdir və 2007-ci ilə kimi BETM-in, 2007-2009-cu illər BETM-in əsasında yaradılmış İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) direktoru olmuşdur.
Eyni zamanda 1990-1993-cü illərdə  T.Babayev Azərbaycanda ilk  rəsmi İnternet provayderi olan AZERİNKOM Rusiya-Azərbaycan birgə müəssisəsinin (Bakı-Gürcüstan –Çeçenistan ərazisindən keçməklə 64kb –lik ayrılmış xətlə X25 protokolu ilə internet bağlantısı) direktoru olmuşdur.
BETM-ə başçılıq etdiyi illər ərzində  Tofig Babayev Azərbaycanda UNESCO və UNDP tərəfindən maliyyələşdirilən ilk İKT layihəsinin –BETM-in bazasında  "Kompüter texnologiyaları və tədris mərkəzinin gücləndirilməsi” (1995-1997) layihəsinin, sonra isə "Sumqayıt Tədris və İnformasiya Kommunikasiya Texnologiyaları Kompüter Mərkəzinin yaradılması” (1996-1999), "Naxçıvan Tədris və Biznes İnformasiya Kompüter Mərkəzinin yaradılması” (1998-2000) layihələri daxil olmaqla 10 layihənin milli koordinatoru olmuşdur. UNESCO və Koreya Respublikasının iştirakı ilə həyata keçirilən E-Trade (Elektron ticarət, 2006-2007) layihəsi çərçivəsində Bakıda Elektron-ticarət Mərkəzi yaradılmış və T.Babayev Mərkəzin direktoru təyin edilmişdi.

UNESCO/UNDP –nin dəstəyi ilə 10-dan artıq  beynəlxalq konfrans təşkil etmişdir.
O cümlədən, 2001-2009-cü illlər ərzində mədəni irsin qorunub saxlanmasında rəqəmli texnologiyaların tətbiqinə dair "Digital Silk Roads” (Rəqəmli İpək Yolu, 2001) konfransı, ADTACARA (İncəsənət əsərlərinin bərpası və qorunmasıda rəqəmli texnologiyaların tətbiqi, 2002) konfransı, RADİT (Rəqəmli təsvir texnologiyaları akademiyasının yaradılması, 2003-2005) layihəsi çərçivəsində tədris, ACADEMİAT (Qabaqçıl rəqəmli texnologiyalar) layihəsi çərçivəsində BETM-in Fransanın Lion şəhərində təşkil etdiyi tədris (2004), Bakıda PICASOR (Qədim xalçaların qorunmasında rəqəmli texnologiyaların tətbiqi, 2004), "Online Educational Content Development Using the Power of ICT” (İKT-dən istifadə etməklə onlayn kontentin hazırlanması, 2009) layihələri çərçivəsində konfranslar təşkil edilmişdir.
Bundan əlavə bir sıra beynəlxalq Forumlar: E-Trade layihəsi çərçivəsində Bakıda Azərbaycan-Cənubi Koreya Forumu, 21-27 İyul 2007-ci il tarixlərində Seulda Azərbaycan-Cənubi Koreya Biznes Forumu, Pekində Azərbaycan-Çin Biznes Forumu, 2009-cu ildə "High-Technology Exchanges” adlı Azərbaycan-Cənubi Koreya Forumu təşkil edilmişdi.
Cənubi Koreya ilə Azərbaycan  alimləri və iş adamları arasında əməkdaşlığın dəstəklənməsi və inkişafı sahəsində uğurlu fəaliyyətinin nəticəsi olaraq T.Babayev 2007-2008-ci illərdə Koreyanın Digital Opportunities Forum (Rəqəmli İmkanlar Forumu) tərəfindən Forumun İnformasiya Texnologiyaları üzrə səfiri seçilmişdi.

2009-cu ildə Tofiq Babayev Cənubi Koreyanın universitetlərindən olan KAISTinTələbə Qəbulu üzrə Beynəlxalq nümayəndəsi təyin edilmiş, 2007-2009-cu illərdə Azərbaycanın 1-ci kurs tələbələri arasında seçim aparılmasını təşkil etmiş, bu illər ərzində onun təşkilatçılığı ilə KAİST-in maliyyə dəstəyi hesabına 10 tələbə 4 illik bakalavr səviyyəsində təhsil almaq üçün  Koreyaya göndərilmişdi.
Babayevin təşəbbüsü ilə Ağdaş, Şəki, Ucar, Göyçay, Ağsu, Kürdəmir, Salyan daxil olmaqla  Azərbaycanın 14 bölgəsində İnformasiya Texnologiyaları tədrisi Mərkəzləri yaradılmışdı. Bölgələrdə Kompüter Mərkəzlərinin yaradılması təcrübəsini nəzərə alaraq   T.Babayev 2001-2003-cü illərdə NICTS (Milli İKT Strategiyasının hazırlanması) layihəsi çərçivəsində Azərbaycan rayonlarında Regional İnformasiya mərkəzlərinin yaradılması qrupunun rəhbəri təyin edildi.
2001-ci ildə Bakı Elmi Tədris Mərkəzində Cənubi Qafqazda ilk CISCO Regional Akademiyasi yaradılmış, CCNA şəbəkə  administratoru kursları təşkil edilmişdi, 2001-2005-ci illərdə Ukrayna, Moldova, Gürcüstan, Türkmənistan, Tacikistan, Qazaxıstan və digər MDB ölkələrinin, eləcə də Şimali Koreya mütəxəssislərinin tədrisi aparılırdı.

BETM-də 2003-cü ildə Cənubi Qafqazda ilk MS STEC – Microsoft Certified Technical Engeenirig Centre fəaliyyətə başladı və Azərbaycan və MDB ölkələri mütəxəssislərinin hazırlığı aparılırdı. 2005-2006-cı illərdə BETM-də 400-ə kimi orta məktəb informatika müəllimlərinin hazırlığı təşkil edilmişdir. Hazırlıq keçən tələbələr  rəsmi qeydiyyatdan keçmiş PROMETRIC Test Mərkəzində və ECDL (The European Computer Driving  License) Test Mərkəzində on-line  imtahan verərək beynəlxalq səviyyəli sertifikat  almaq imkanı əldə edirdi.  
2004-2005-ci illərdə "Yaşlıların təhsili” sahəsində IIZ/DVV (Alman Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu) ilə birgə layihələr həyata keçirilmiş, BETM-in təsis etdiyi 14 regional mərkəzdə  İnformasiya Texnologiyaları kursları, "Sahibkarlıq və idarəetmə”, "Layihələrin idarə olunması” və digər mövzularda tədrislər keçirilmiş, sahibkarlar üçün vəsaitlər hazırlanmış, konsaltinq xidmətləri təşkil edilmişdi.
 
2004-cü ildə BETM-in nəzdində Biznes Tədris Mərkəzi (BTM) yaradılmışdı. BTM-in, Bakıda və Azərbaycanın regionlarında yaradılmış 6 filialında əsas fəaliyyəti sahibkarların biznesə başlamaq və onu idarə etməklə əlaqədar məlumatlandırılması, konsaltinq xidmətlərinin göstərilməsi və marketinq, reklam, layihələrin idarə edilməsi və s. mövzularda təlimlərin keçirilməsindən ibarət idi.
2006-2008-cı illərdə Tofiq Babayevin rəhbərliyi altında Rusiyanın МЦФЭР- İqtisadi Maliyyə İnkişaf Beynəlxalq Mərkəzinin və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə nəşr edilən "Sahibkarlıq” və "Əmək və Qanun” jurnallarının baş redaktoru olmuşdur.

2008-ci ildə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi Azərbaycanın iqtisadiyyat sahəsində idarəetmə kadrlarının Almaniyada ixtisasının artırılması təklifi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişdi. İkitərəfli proqram çərçivəsində  Almaniya Federal büdcəsinin vəsaiti hesabına Azərbaycan menecerlərinin ixtisaslaşdırılmış treninq və  Alman müəssisələrində təcrübə keçməsi  nəzərdə tutulmuşdu. 2009-cu ulin sentyabr ayında artıq 22 nəfərdən ibarət ilk qrup Almaniyaya yola düşdü.
Yerinə yetirilməsi T.Babayevin rəhbərliyi ilə başlayan bu proqram hal-hazırda müvəffəqiyyətlə davam etdirilir .
2009-cu ilin sonundan T.Babayev İqtisadi İnkişaf Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri, 2010-cu ildən indiyə kimi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda ( kecmiş Kibernetika İnstitutunda)  Xarici əlaqələr və Innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışır.
Eyni zamanda T.Babayev 2003-cü ildə təsis etdiyi Regional Innovativ Texnologiyalar Akademiyasının (R.İ.T.A.) direktorudur.
1998-2013 illərdə Tofiq Babayev Avropa Birliyinin 5-ci, 6-cı və 7-ci Tədqiqat və İnkişaf Çərçivə Proqramlarının İKT istiqaməti üzrə Milli təmsilçi (NCP - National Contact Point) olmüş, 12 Avropa layihəsində Azərbaycan üzrə koordinator kimi iştirak etmiş, layihələr çərçivəsində bir sıra beynəlxalq tədbirlər təşkil etmişvdir.

Hazırda Şərqi Avropa alimlərinin Avropa alimləri ilə əməkdaşlığının genişləndirilməsini nəzərdə tutan 2 yeni layihənin yerinə yetirilməsinə Azərbaycanda rəhbərlik edir.

2014-cü ildə AB-nin yeni HORIZON2020 Tədqiqat və İnnovasiya Proqramının başlanması ilə əlaqədar T.Babayev HORIZON2020 -nin iki istiqaməti: ICT və FET istiqamətləri üzrə NCP (Milli Təmsilçi) təyin edilmiş, və təcrübəli ekspert kimi AMEA-nın dəstəyi ilə digər istiqamətlər üzrə NCP-lərin seçilməsində, təyin edilməsində və təlimində iştirak edir.

2009-2016  illərdə  İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində Moldovada (Kişinyov, 2009, 2016), Polşada (Varşava, 2012), Litvada (Vilnyus, 2013), İtaliyada (Florensiya, 2014), Gürcüstanda (Tiflis, 2011, 2015), Belarusiyada (Minsk, 2014,2015) , Ukrayna ( Kiyev 2013, 2014, 2016)

Portuqaliyada (Lissabon, 2015), Yunanıstanın Afina və Saloniki şəhərlərində və s. keçirilən beynəlxalq konfrans və forumlarda Azərbaycan alimlərinin iştirakını təşkil etmişdir.

T.Babayev 31 elmi əsərin, 2 kitabın və İKT sahəsində 3 ixtiranın müəllifidir.
IPMA-nın (Beynəlxalq Layihələrin İdarəedilməsi Assosiasiyasının) Azərbaycan bölməsi olan  AZPMA-nın həmtəsisçisi və vitse-prezidenti və UNESCO-nun ACCESS-net (Birgə Səylərdən Davamlı istifadə üçün Kompüter Mərkəzləri Assosiasiyası) təşkilatının vitse-prezidentidir.
Evlidir, 3 övladı, 2 nəvəsi var.dle templates freefilm online




2-05-2011
3 009
Поделиться: